“Su –həyatın özüdür”, "Təmiz əllər- sağlamlığın rəhnidir”

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2016-2020 - ci illər üzrə Strateji planı” nın sanitariya epidemioloji məsəllərin icrası üçün nəzərdə tutulmuş Tədbirlər Planı ilə əlaqədar və Parma Deklarasiyasından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı ölkəmizdə uşaq və yeniyetmələr arasında şəxsi gigiyenaya dair bacarıqların aparılması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış “Əllərin gigiyenası” mövzusunda təqdimatın məktəbli şagirdlərin arasında təbliğ edilməsi üçün mühazirələr keçirilir. Növbəti belə mühazirələri 13 aprel 2017- ci il tarixində, məktəbin akt zalında və sinif otaqlarında “Su –həyatın özüdür”, "Təmiz əllər- sağlamlığın rəhnidir” mövzularında 10 Sayli BŞX-nin həkimi , eyni zamanda məktəb həkim əvəzi Abbasova Almaz təqdim etdi. Tədbirdə Pirallahı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri - Əmirova Mətanət , Cabbarova Samirə , məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, psixoloq Şəfa Bilandarlı, tibb bacısı Marina Lipina, ibtidai sinif müəllimi Samirə Umudova və şagirdlər iştirak etdilər. Akt zalında keçirilən tədbirdən sonra siniflərdə də şagirdlərə mühazirələr oxundu, sual-cavab aparıldı, mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi