Uşaqlar bizim gələcəyimizdir!

Bu gün "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"dür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.Həkimlərin fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə gəlb edilməsidir. Azərbaycanda əsasən paytaxt küçələrində, gülsatan, ayaqqabı boyayan, maşın şüşəsi silən uşaqlara da rast gəlinir. Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində müəyyən tədbirlər görülür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da bu bayram qeyd edilir.Məktəbimizdə də bu gün münasibətilə "Uşaqlar bizim gələcəyimizdir!" mövzusunda bayram tədbiri keçirildi.Tədbir 5 a sinif şagirdlərinin birbaşa təşəbbüsü və sinif rəhbərləri Tünzalə Xudaverdiyevanın təşkilatçılığı ilə təşkil olunmuşdur.Bayram tədbirində 5 a sinif şagirdləri bir-birindən rəgarəng nömrələrlə çıxış etdilər , hətta özləri "Klon" obrazında da çıxış edərək uşaqları sevindirdilər , onlarla müxtəlif oyunlar keçirtdilər.Bütün dünya uşaqlarına sağlam həyat , gözəl gələcək , sülh , əminamanlıq içərisində yaşamağı arzu edir , həmişə üzlərindən sevincin , gülüşün əskik olmamasını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi