Şəhid Sarvan Mehralıyevin xatirəsinə mini futbol turniri keçirilib

07 aprel 2017-ci il tarixdə Pirallahı rayon məktəbliləri arasında “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirildi. Aprel döyüşlərinin ilk şəhidi, torpaqlarımızın bütövlüyü uğrunda ən müqəddəs zirvəyə - şəhidlik zirvəsinə ucalan məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin xatirəsinə həsr olunan yarışda rayonun 186, 168, 243, 231 və 235 nömrəli tam orta məktəblərinin komandaları iştirak etdilər.Məktəbin həyətində qurulmuş süni örtüklü idman meydançasında keçirilən yarışların nəticələrinə görə final mərhələsinə 243 və 186 nömrəli məktəblərin komandaları çıxdılar. Gərgin mübarizə şəraitində keçən görüşdə məktəbimizin komandası qalib gəldi. Qalib komandalar kubok və fəxri fərmanla təltif olundu.Oxuduğu müddətdə Sarvan Mehralıyev də dəfələrlə məktəbin futbol komandasına uğurlar qazandırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi