“Dini vəhdət, qarşılıqlı hörmət milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir”

4 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq məktəbdə maarifləndirici tədbir keçirildi.“Dini vəhdət, qarşılıqlı hörmət milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Amal Məlikov, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Elturan Həşimov, məktəbin direktoru Arif Xankişiyev, rayonda yerləşən digər ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak etdilər.Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova mövzunun əhəmiyyətindən danışdı.DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov xalqımızın milli-mənəvi dəyərlərimizə verdiyi yüksək dəyərdən söz açdı. Natiq öz çıxışında Azərbaycanda yaşayan azsaylı xalqların daim qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğuladı.Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirildi. Məktəbin direktoru Arif Xankişiyev orta məktəblərdə təşkil olunan bu cür maarifləndirici tədbirlərin gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini və bu kimi tədbirlərin davamlı olmasının vacibliyini diqqətə çatdırdı.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi