“Narkomaniya ümumbəşəri bəladır”

Pirallahı rayonunun ümumtəhsil müəssisələrində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbir məktəbin akt zalında təşkil olundu. Toplantıda Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin nümayəndələri və məktəblilər iştirak etdilər.Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov öz çıxışında son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Pirallahı rayonunda da çoxsaylı tədbirlərin həyata keçirildiyini vurğuladı.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Elturan Həşimov yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva çıxış edərək narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını maarifləndirdi.Tədbirdə digər çıxış edənlər öz çıxışları zamanı narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi