"ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!"

Aprel şəhidlərinin əziz xatirəsinə həsr edilmiş “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” adlı tədbir keçirilib.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, aprel döyüşləri zamanı ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmış, məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin ailə üzvləri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edib. Tədbir iştirakçıları ilk öncə məktəbin həyətində məktəbin məzun şəhidlərinin əziz xatirəsinə ucaldılmış xatirə abidəsinə qərənfillər düzüblər. Sonra tədbir məktəbin akt zalında davam etdirilib, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib.Tədbirdə Aprel şəhidlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbir zamanı çıxış edənlər zaman-zaman ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklərdən, təxribatlardan danışaraq qeyd edibilər ki, Azərbaycan oğulları həmişə igid, qəhrəman olub və həmişə də qəhrəman olacaqlar.Aprel döyüşləri bir daha bunu sübut etdi.Hörmətli prezidentimiz, cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusu öz torpaqlarımızı hər an düşmən tapdağından azad etməyə qadirdir. Çıxış edən Qarabağ müharibəsi əlilləri Qarabağ hadisələrindən, Aprel döyüşlərindən danışıblar, şagirdlərə Azərbaycana, Vətənə layiqli övlad olmaları üçün yaxşı oxumağı , əsl vətəndaş olmağı, Sarvanin yolunu davam etdirməyi tövsiyə edbilər.Sonra şagirdlər Vətənə, Qarabağa, şəhidlərə həsr olunmuş şeirlər, mahnılar və səhnəciklər nümayş etdiriblər.Onlar qeyd ediblər ki, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən, ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan oğul və qızlarımız heç vaxt unudulmayıb və unudulmayacaq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi