Əlvida məktəb

Həyata insan gəlir..bapbalaca bir insan. Bu balaca bir varlığın dünyaya gəlməsinə bütün qohum-əqrəba, nənə-baba, ata-ana sevinir..Bəli,həmin balaca insan yavaş-yavaş böyüyür, uşaqlıq illərinə qədəm qoyur. Ona cürbəcür oyuncaqlar alınır, onun əlindən tutub bağçaya aparırlar. Bu balaca insan öz uşaqlıq aləmini yaşayır. İllər keçir, uşaq məktəb yaşına çatır, onu məktəbə aparırlar..Budur ilk zəng..cingiltili səsi ilə səslənən ilk zəng..Bu ilk zəngin səsi o dərəcədə təsirlidir ki, hətta uşağını 1-ci sinfə gətirən valideynlər də bu səsin təsirindən kövrəlirlər.Bəzilərinin göz yaşlarını görmək olur.Çünki onlar da haçansa bu zəngin səsi ilə doğma məktəbə qədəm qoyublar..Bəli, ilk zəng arxada qalıb..Elə bil ki , biz bu zəngi bu yaxınlarda eşitmişdik..Dünənin şagirdləri bu günün məzunlarıdır."Son Zəng" necə də təsirli səslənir.Bəli ,bu gün Azərbaycanın hər yerində beşgünlük fəaliyyət göstərən məktəblərdə olduğu kimi , məktəbimizdə də Son zəng çalındı.Məktəbdə möhtəşəm buraxılış tədbiri keçirildi.Şagirdlər doğma məktəblərinə əlvida dedilər.Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşı İlqam Əsgərov və digər qonaqlar iştirak etdilər.2014-2015-ci tədris ilində məktəbimizi 28 məzun başa vurdu .Onlardan 20-si Azərbaycan, 8-si isə rus bölməsinin məzunları idi.Builki məzunlardan 2 nəfəri - 11 a sinif şagirdləri Əsgərov Şahin və Əliyeva Həlimə tam orta məktəbi "əla" qiymətlərlə bitirdilər.Biz məktəb kollektivi olaraq məktəbi başa vuran məzunları və onların valideynlərini təbrik edir, məzunlara buraxılış və ali məktəblərə qəbul imtahanlarında uğurlar arzulayırıq.Həyat həmişə onların üzünə gülsün.Vətənimizə , məktəbimizə layiqli olsunlar.Səsləri həmişə yüksəkliklərdən gəlsin.Amin! Bu gün məzun adını qazanmaq qisməti olmayan canım oğlum Aqilə Allahdan rəhmət diləyirəm! Şirin balam, sən həmişə bizim qəlbimizdəsən .11 a sinfi səni heç vaxt unutmayacaq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi