“Milli-Mənəvi İrsimiz – Bizim tariximizdir!” diyarşünaslıq olimpiadasının şəhər-yekun mərhələsinin qalibi olduq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin IX – XI şagirdlərindən ibarət komandalar arasında “Milli-Mənəvi İrsimiz – Bizim tariximizdir!” mövzusunda diyarşünaslıq olimpiadası keçirilmişdir.Diyarşünaslıq olimpiadasına aprel ayının birinci ongünlüyündə start verilmişdir. Təhsil müəssisələrində qalib gəlmiş komandalar Bakı şəhərinin ayrı- ayrı rayonlarında 15-30 aprel 2015- ci il tarixlərində ikinci mərhələdə rayon birinciliyi uğrunda yarışmışlar.Rayon biriciliyinin qalibləri olan 12 komanda arasında diyarşünaslıq olimpiadasının şəhər - yekun mərhələsi 18 may 2015-ci il tarixində Bakı şəhəri , 42 nömrəli tam orta məktəbdə keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov iştirak etmişdir. Sektorun aparıcı məsləhətçisi Rövşən Əliyev Diyarşünaslıq olimpiadasının keçirilməsinin əhəmiyyətindən danışmış, I və II mərhələnin yekunları barədə məlumat vermişdir. Diyarşünaslıq olimpiadasının şəhər - yekun mərhələsində yarışmada iştirak edən 12 komandanın üzvləri Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti, təbiəti, müstəqil respublikamız dünya meridianlarında mövzularını əhatə edən 40 test sualını 1 saat ərzində cavablandırmışlar.Olimpiadanın şəhər - yekun mərhələsinin qalibi 186 №-li tam orta məktəbin komandası olmuşdur.27 may 2015-ci il tarixində Bakı şəhəri , 32 nömrəli tam orta məktəbdə mükafatlandırma mərasimi keçirilmişdir.Qalib komandanın üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmanla və hədiyyə ilə mükafatlandırılıb.Bu olimpiadada 186 №-li tam orta məktəbi məktəbin 11 a sinif şagirdi Əsgərov Şahin , X b sinif şagirdi Fərruxova Nazxanım və IX b sinif şagirdi Baxşəliyeva Nigar təmsil etmişlər.Biz də məktəbin bütün kollektivi adından şagirdlərimizi təbrik edir , uğurlarının davamını arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi