28 May Respublika günüdür!

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.Bu tarixi gün Azərbaycanın hər yerində olduğu kimi məktəbimizdə də böyük təntənə ilə qeyd edildi.27 may 2015-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Samirə müəlliməninin rəhbərliyi ilə möhtəşəm bayram tədbiri keçirildi.Tədbirdə 2 b , 6 b sinif şagirdləri öz çıxışları ilə tədbir iştirakçılarında xoş təəssürat yaratdı.İkincilər bütün şəhidlərimizi və qazilərimizi yad etməklə bərabər birinci Qarabağ savaşı zamanı döyüşlərdə iştirak edərək yaralanmış II qrup Qarabağ əlili və hal-hazırda məktəbimizin fiziki tərbiyə müəllimi vəzifəsində işləyən Mübariz müəllimi də unutmadılar.Şagirdlər Mübariz müəllimdən keçdiyi döyüş yolundan danışmasını xahiş etdilər və onu qarşıdan gələn 26 İyun Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək , ona öz hədiyyələrini təqdim etdilər.Mübariz müəllim də uşaqlara gələcək həyatlarında xoş günlər , sülh , əminamanlıq və dərslərində yaxşı oxuyaraq vətənə layiqli övlad olmalarını arzu etdi.Sonda 28 May "Respublika günü" nə həsr edilmiş videoçarx nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi