1 a sinfinin " Əlifba " bayramı

Əldə qələm tutmagı,Bizə siz öyrətdiniz.Oxumağı,yazmağı,Bizə siz öyrətdiniz.Mənim ilk müəllimim.Bəli , əldə qələm tutmağı , oxumağı , yazmağı ilk müəllimlərimiz bizə öyrədir.Heç kim öz ilk müəllimini unutmur , həmişə onu xatırlayır və yad edirlər.Həmişə xatırlanan , yad edilən , öz sakit təbiəti ilə seçilən müəllimlərdən biri də Nəzirə müəllimədir.Bu gün məktəbin 1 a sinif şagirdləri Nəzirə müəllimənin rəhbərliyi ilə Əlifbaya əlvida dedilər.Dahi Nizami Gəncəvi deyirdi:"Qüvvət elmdədir, başqa cür heç kəs , heç kəsə üstünlük eyləyə bilməz." Biz də məktəb kollektivi olaraq birincilərə daha dərin biliyə yiyələnmələrini , həmişə hamıdan üstün olmalarını arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi