İlk müəlliməm!

Ömrümə bir çıraqsan,Arzuma bir soraqsan,Yaddan çıxmayacaqsan,mənim ilk müəllimim.Anamın laylasısan,Qəlbimdə qalasısan.Könlümün qalasısan,mənim ilk müəllimim.Bağbansan, bar dərənsən,Gül - çiçək becərənsən.Gözlərə nur verənsən,mənim ilk müəllimim.Bir gün getsən əllərdə,Sözün qalar dillərdə.Yaşarsan könüllərdə,mənim ilk müəllimim.Təranə müəllimə öz şagirdlərinin könlündə yaşayacaq müəllimlərdən biridir.4 b sinif şagirdləri Təranə müəllimənin rəhbərliyi ilə ibtidai təhsilə əlvida dedilər.Onlar bir-birindən maraqlı çıxışları ilə buraxılış tədbiri keçirtdilər.Biz də məktəb kollektivi olaraq Təranə müəlliməyə və şagirdlərə gələcək həyatlarında uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi