Müəllim! Bu ad hər kəs üçün əzizdir.

Hamının müəllimi olub – hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (sav) də.Həzrəti Əli (ə.salam) deyib ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram.Belə deyim var: “Şəxsiyyətin ahəngdar inkişafı , vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür”. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir.Müəllimə dünyanın ən məşhur insanları öz sevgi və sayğılarını müxtəlif aforizmlərlə bildiriblər; müəllimi günəşə, bağbana, mühəndisə bənzədiblər. Deyiblər ki, müəllim günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.Belə müəllimlərdən biri də Quliyeva Gülbəniz müəllimədir.Gülbəniz müəllimə öz birinciləri ilə "Əlifbaya əlvida" deyərək rəngarəng , əhatəli mövzuda bir tədbir keçirdi.Hələ məktəb həyatına yenicə qədəm qoymuş fidanlar , gül-çiçək kimi əlvan balalarımız bir-birindən maraqlı mövzularla çıxış etdilər , maraqlı məqamlardan biri də o oldu ki , birincilərin anaları da öz övladları ilə maraqlı səhnəciklər nümayiş etdirdilər.Bu , həqiqətən də , tədqirəlayiqdir.Biz də Gülbəniz müəlliməyə , valideynlərə və şagirdlərə can sağlığı , birgə əməkdaşlıqlarının davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi