"Təhsil sisteminin inzibati -idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev : "Azərbayacan 2020: gələcəyə baxış " İnkişaf Konsepsiyası:Təhsil sisteminin İnformasiyalaşdırılması , bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində olacaqdır.Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin təhsilə tətbiqində böyük nailiyyətlər əldə etmişdir və artıq təcrübəli yolla elm və dünya mədəniyyətinin gələcəyinə gedən yolun İKT cəmiyyətindən keçməsi fikri sübut olunmuşdur .Azərbaycanda da Azərbyacan Respublikası Təhsil Nazirliyinin sifarişi , "Təhsildə İnnovativ Texnologiyalar " mərkəzinin təşkilatçılığı ilə "Təhsil sisteminin inzibati -idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması" adlı təlimlər təşkil edilmişdir.Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini , təcrübəli müəllim , gözəl insan Dilarə müəllimə Quliyeva da həmin təlimlərdə iştirak etmiş və yüksək nəticə əldə etdiyinə görə Azərbyacan Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikat və kompüterlə mükafatlandırılmışdır.Mükafatlandırma mərasimi 23 may 2015-ci il tarixində Bakı şəhəri , 220 №-li tam orta məktəbdə baş tutdu. Biz də məktəb kollektivi olaraq Dilarə müəlliməni təbrik edir , ona can sağlığı və uğurlarının davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi