Mənim ilk müəllimim

“Bar verən ağac başını gövdəsinə əyər”. Baş əymək- qədirbilənlikdir, baş əymək ucalıqlara çatdırana minnətdarlıqdır. Hər zirvənin başlandığı ilk pillə var. Yüksəkliyə gedən yol oradan başlanır. İlk sinif müəllimimiz, adınız qarşısında baş əyirik. Nə qədər ki, biz varıq o zamana qədər siz də yaşayacaqsınız. Bəli , ilk müəllimlərimiz -bizə " Ana" ," Vətən " kəlmələrini yazmağı , sevməyi öyrədən şəxs.İlk müəllim bir ana qədər şagirdlərinə qayğı , diqqət göstərir.Ona görə də heç vaxt yaddan çıxmır ,həmişə xatırlanır , yad edilir.İbtidai təhsil insan həyatında gələcəyə doğru addımladığı addımlardan biridir.Ona görə də bu addımları elə atmalıyıq ki , heç vaxt büdrəməyək.Bunun üçün də bizə ilk müəllimlərimiz köməklik göstərirlər.Biz də çalışmalıyıq ki, onların zəhmətin hədər etməyək , onların etimadını həmişə doğruldaq.22 may 2015-ci il tarixində məktəbin 4 a sinif şagirdləri ibtidai təhsilə , ilk müəllimlərinə əlvida dedilər.Sinif müəllimi , təcrübəli pedaqoq Tünzalə Əsgərovanın təşkilatçılığı ilə hazırlanan " Mənim ilk müəllimim" adlı buraxılış tədbiri şagirdlərin bir-birindən maraqlı , rəngarəng çıxışları ilə baş tutdu.Tədbirdə məktəb rəhbərliyi , müəllimlər , valideynlər və məktəbin digər dördüncü sinif şagirdləri də iştirak etdi.Tədbirin xüsysi bir qonağı da var idi , gənc nəslə nümunə olacaq bir idmançı , dəfələrlə dünya , Avropa çempionatlarının qalibi olmuş , hal-hazırda da öz qabiliyyətini və istedadını məktəblilərə öyrədən , Pirallahı rayon sakini Nazim müəllim.Nazim müəllimin tədbirdə iştirakı şagirdlər tərəfindən xoş qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi