Hər birimiz , bir çiçək!

Məktəbin rus bölməsinin IV sinif şagirdləri ibtidai təhsilə əlvida dedilər.Dördüncülər bu münasibət ilə möhtəşəm bir buraxılış tədbiri keçirdilər. IV sinfin sinif müəllimi , öz pedaqoji fəaliyyəti , həmişə rəngbərəng tədbirlər təşkil edən , öz qeyri-adi bacarıqları ilə seçilən Vəliyeva Tamara müəllimənin əməyi nəticəsində sinifdə təhsil alan 12 şagird və 2015-2016-cı tədris ilində məktəbin birinci sinfinə gələcək uşaqların birgə hazırladıqları çıxışlar tədbir iştirakçılarında xoş təəəssürat yaratdı .Uşaqların hər biri bir gül obrazında idilər.Onlar həqiqətən də , gül kimi gözəl , təravətli idilər.Tədbirdə məktəb rəhbərliyi , bir qrup müəllim və valideynlər , rus bölməsinin ibtidai sinif şagirdləri iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi