Heç kəs unudulmur , heç nə yaddan çıxmır!

Azərbaycan qəhrəmanlar yurdu , igidlər məskənidir.Ta qədimdən bu günə qədər gənc nəslə nümunə olacaq qəhrəmanlarımız olub və bu gün də var .Azərbaycanın ərazi bütövlüyü uğrunda neçə-neçə oğul və qızlarımız öz canlarından keçmiş , Azərbaycanın ən yüksək adına - Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına yüksəlmişlər.Birinci Qarabağ savaşı zamanı 211 İGİD Azərbaycan oğlu Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər.Onların döyüş yolu mütəmadi olaraq bugünkü nəslə çatdırılmalı , xatirələri həmişə yad edilməlidir.Şagirdlərdə Vətənə məhəbbət , torpağa sevgi , vətənpərvərlik hissi aşılamaq məqsədilə Bakı Şəhəri Pirallahı Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə tez-tez Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına həsr edilmiş seminarlar , tədbirlər və Qarabağ döyüşlərinin canlı şahidləri , Qarabağ müharibəsi və əlilləri , canlı əfsanələr olan , hal-hazırda yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanları ilə görüşlər keçirilir.Növbəti tədbir 18 may 2015-ci il tarixində Pirallahı rayonu , 186 №-li tam orta məktəbin akt zalında keçirildi.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları , Qarabağ veteranları və əlilləri , Azərbaycan Respublikasının Milli Qəhrəmanları və Pirallahı rayon ümumtəhsil məktəblərinin direktorları , bir qrup müəllim və şagirdlər iştirak etdi. Tədbirdə 186 və 243 №-li tam orta məktəblərin şagirdləri , "Bulaq" körpələr evi və uşaq bağçasının körpə fidanları Azərbyacana , vətənpərvərliyə , qəhrəmanlığa həsr eilmiş mövzularla çıxış etdilər.Bugünkü tədbir həm də işğal altında olan Azərbyacanın dilbər guşəsi Laçının düşmən tərfindən işğalının 23 -cü ilinə həsr edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi