Nizami Gəncəvinin əsərlərində əməyə , zəhmətə verilən qiymətin tərənnümü.

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması “ ilə bağlı məktəbdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.Növbəti tədbir 12 may 2015-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mustafayeva Rənanın hazırladığı “Nizami Gəncəvinin əsərlərində əməyə , zəhmətə verilən qiymətin tərənnümü” mövzusunda keçirilən açıq sinif saatı oldu. Dahi Azərbyacan şairi , humanist insan , həkim-loğman , hər kəsi ədalətə səsləyən , öz nəsihətləri ilə seçilən bir ədibin yaradıcılığından , ümman dünyasından az da olsa şagirdləri məlumatlandırmaq və ümman dünyasına baş vurmaq , tədbirdə iştirak edən hər kəsdə xoş təəssürat yaratdı. Şagirdlər bir-birindən maraqlı səhnəciklər , rəqslər nümayiş etdirdi , şeirlər və mahnılar söylədilər, VIII a sinif şagirdləri Əfsanə və Səidə elə zaldaca Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı”nı özündə əks etdirən rəsm çəkdilər.Rəsmlər tədbir iştirakçıları tərəfindən bəyənildi.Tədbirin sonunda Dahi şairə həsr edilmiş “Nizami” filmindən bir parça nümayiş etdirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Aif Xankişiyev tədbirdə zəhməti keçən hər kəsə minnətdarlığını bildirdi və Nizami yaradıcılığından şagirdlərə nümunə olacaq bəzi məqamları onların nəzərinə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi