"El bilir ki, sən mənimsən!" adlı tədbir keçirilib

2016-2107-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi adı altında həyata keçirir.Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də "Ekologiya və Sağlamlıq" dır. İstiqamətin seçilməsində əsas məqsəd şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq , onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsindən ibarətdir." Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı çərçivəsində məktəbdə müxtəlif adda tədbirlər, seminarlar keçirilmiş, sərgi və ekskursiyalar təşkil edilmişdir.Aylığın yekunu olaraq 28 fevral 2017-ci il tarixində məktəbin 7 a sinif şagirdlərinin araşdırması və təqdimatı ilə "El bilir ki, sən mənimsən!" adlı yekun tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan 7 a sinif şagirdi, tədbirin aparıcısı və ssenarisinin müəllifi İbrahimov İbrahim tədbir iştirakçılarını salamlayaraq onları "Od çərşənbəsi" münasibətilə təbrik etdi.Tədbirdə şagirdlər etnoqrafiya sözünün mənşəyi , Azərbaycanın ekoloji etnoqrafiyası haqqında ətraflı məlumat vermiş, Azərbaycan tarixinə, Azərbaycan təbiətinə, milli adət-ənənələrimizə həsr edilmiş şeirlər, mahnılar ifa etmiş, səhnəciklər, rəqslər nümayiş etdirmişlər.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev belə gözəl tədbir hazırladıqları üçün 7 a sinif şagirdlərinə məktəb rəhbərliyi adından təşəkkür etmiş, həmişə doğma vətənimizi sevməyi, adət-ənənələrimizə əməl etməyi tövsiyə etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi