Məktəb kitabxanasında valideynlərlə görüş keçirilib

Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir. Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur.Valideynlərin məktəb kitabxanasına cəlb edilməsi, şagirdlərin mütaliə qabiliyyətinin formalaşmasında valideynlərin də iştirakının vacib olması məqsədilə 27 fevral 2017-ci il tarixində məktəbin kitabxana müdiri Zəminə Quliyevanın təşkilatçılığı ilə bir qrup fəal valideynlərlə görüş keçirilib. Görüş zamanı Zəminə Quliyeva məktəb kitabxana fondu haqqında valideynlərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb, qarşılıqlı diskusiya aparılıb.Sonra valideynlərin öz istək və arzularını, maraq dairəsini nəzərə alaraq onlara oxuyacaqları kitablar təqdim edilib.Valideynlərin məktəb kitabxanasına cəlb edilməsi, onların evdə mütaliə etməsi uşaqlar üçün bir nümunədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi