4 a sinif şagirdi Eyvazxan Məlikovun növbəti uğuru

«Sağlam həyat, sağlam idmanın nəticəsidir». Bu, idman sahəsində çalışan həkimlərin araşdırmalar apardıqdan sonra özləri üçün seçdikləri devizdir. Müasir dövrdə idman cəmiyyətin bütün sahələrinə nüfuz edərək əmək və həyat fəaliyyətinə, yaşayış tərzinə, etik-əxlaqi dəyərlərə, millətlərarası və dövlətlərarası münasibətlərə güclütəsir göstərir. İdman mərdlik, iradəlilik, dözümlülük,qəhrəmanlıq məktəbi olmaqla insanı həyata hazırlayır, çətinliyə sinə gərməyi öyrədir.Bu gün respublikamız hər sahədə ildən-ilə inkişaf edir,maddi-texniki bazası möhkəmlənir, ilbəil ölkədə keçirilən beynəlxalq tədbirlərin, yarışların sayı artır. Təbii ki, əldə edilən uğurlar idmanın inkişafına müsbət təsir edir, Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanınmasında böyük rol oynaır.Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar keçirilir.Məktəbimizdə də şagirdlərdə idmana marağın inkişaf etdirilməsi, şagirdlərin fiziki hazırlığı üçün müxtəlif tədbirlər təşkil edilir, şagirdlər məktəbdaxili və məktəbdənkənar yarışlara cəlb edilir, uğurlar qazanırlar.Növbəti belə uğuru məktəbin 4 a sinif şagirdi Eyvazxan Məlikov qazanmışdır.Belə ki, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş ƏSƏD Döyüş Klubunun COMBAT SANDA üzrə Açıq Turnirində Eyvazxan Məlikov I yer qazanıb.Biz də məktəb kollektivi olaraq Eyvazxan Məlikovu qazandığı uğurlara görə təbrik edir, Azərbaycanın üçrəngli bayrağını dünya idman salonlarında qaldırmağı arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi