"Xocalı soyqırımı" na həsr edilmiş sənədli film nümayiş etdirilib

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ötən əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan, Cənubi Azərbaycan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur.1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri əvvəlki vandalizm aktlarını davam etdirərək keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı törədiblər.Biz müəllimlərin də vətəndaşlıq borcu zaman-zaman ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri şagirdlərin diqqətinə çatdırmaqdır.Bu gün məktəblərin müasir texnologiyalarla təmin edilməsi erməni vəhşiliklərini əyani olaraq nümayiş etdirməyə şərait yaradır.Elə bu məqsədlə , Xocalı faciəsinin 25-ci ildönümünün qeyd edilməsi ilə bağlı məktəbdə keçirilən tədbirlərdə şagirdlərə İKT-nin imkanlarından istifadə edərək erməni qəddarlıqları əyani olaraq nümayiş etdirilmişdir.Növbəti dəfə rus bölməsinin ibtidai sinif müəllimi Esmira Məhərrəmovanın təşkilatçılığı ilə rus bölməsinin ibtidai sinif şagirdlərinə "Xocalı soyqırımı" na həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi