Narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirildi

24 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar məktəbdə "Narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin törətdiyi sosial bəlalar" mövzusunda növbəti maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin direktoru Arif Xankişiyev, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova və 10-cu sinif şagirdləri iştirak etdilər. Tədbirdə çıxış edənlər yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdılar. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasında narkomaniyaya qarşı ciddi şəkildə mübarizə aparılır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görülür. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyi vurğulandı. Tədbir zamanı şagirdi maraqlandıran sual və təkliflər ətrafında fikir mübadiləsi aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi