İlk dərs saatları Xocalı soyqırımına həsr edildi

24 fevral 2017-ci il tarixində məktəbimizdə ilk dərslər əsrin ən dəhşətli faciəsinə, Xocalı faciəsinə həsr edildi.Dərslər zamanı Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin, əslən Xocalıdan olan məktəbin 2014-cü il məzunu, aprel döyüşləri zamanı şəhild olmu. Sarvan Mehralıyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Müəllimlər şagirdlərin nəzərinə Xocalı faciəsində baş vermiş hadisələri çatdırmaqla yanaşı, Xocalının qədim yaşayış məskəni olmağı ilə bağlı məlumatları, Xocalının tarixi , tarixi şəxsiyyətləri və Milli Qəhrəmanları haqqında məlumatları da çatdırdılar, Xocalı faciəsini özündə əks etdirən videoçarxlar, sənədli filmlər nümayiş etdirdilər.Uşaqlarla sual-cavab apardılar, esse yazdırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi