İbtidai sinif müəllimlərinə imla yazı işi yazdırılıb

Müəllimlərin peşəkarlıq qabiliyyətinin aşkar edilməsi məqsədilə 23 fevral 2017-ci il tarixində məktəbin ibtidai sinif müəllimlərinə imla yazı işi yazdırılıb.Yazı işi zamanı məktəbin Azərbaycan bölməsi üzrə 8, rus bölməsi üzrə 4 ibtidai sinif müəllimi iştirak edib.İmla yazı işlərini Azərbaycan bölməsində məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi Arif Xankişiyev, rus bölməsində isə rus dili və ədəbiyyatı müəllimi Anna Çerenkova yazdırıb.Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq mövzular Azərbaycan bölməsində 156 sözdən ibarət "Xocalıdan çıxanda" mətni , rus bölməsində 160 sözdən ibarət "Qarabağ" mətni olmuşdur.Yazı işləri məktəb rəhbərliyi , Azərbaycan dili və ədəbiyyatı , rus dili və ədəbiyyatı metodbirləşmələrinin sədrlərinin iştirakı ilə yoxlanılmış və qiymətləndirilmişdir.Nəticələr sevindirici və qənatbəxşdir.Məktəb kollektivi adından ibtidai sinif müəllimlərinin hər birini ayrı-ayrılıqda təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi