“Xocalı - xalqımızın qan yaddaşı”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xocalı soyqırımının iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə Tədbirlər Planına əsasən Bakı şəhəri, 186 № - li tam orta məktəbdə XX əsrin ən dəhşətli, faciəli hadisələrindən sayılan Xocalı soyqırımı haqqında gənc nəslin ətraflı məlumatlandırılması, onlarda düşmən qüvvələrə qarşı barışmazlıq hissinin, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi, həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması, milli - mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanması kimi nəcib və ülvi məqsədə xidmət etmək məqsədilə silsilə tədbirlər keçirilir. 23 fevral 2017 – ci il tarixində məktəbin akt zalında “Xocalı - xalqımızın qan yaddaşı” mövzusunda anım mərasimi keçirilib. Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımı qurbanlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.Anım mərasimində şagirdlər Xocalı faciəsini özündə əks etdirən və gələcək nəsildə mübarizə əzmini gücləndirəcək mövzularda şeirlər, mahnılar söylədilər, kompozisiyalar nümayiş etdirdilər.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev Xocalı soyqırımının Azərbaycan xalqına, bütövlükdə türk dünyasına qarşı törədilən ən böyük faciə olduğunu, cənnətməkan Qarabağın gözəlliklərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq bildirdi ki, bu gün şagirdlərimizin çıxışlarından da aydın oldu ki, artıq biz göz yaşlarımızı silmişik və torpaqlarımızın müdafiəsi uğrunda mübarizə aparmağa hazırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi