Məktəbin komandası birinci yerin qalibi olub

     29 mart 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyunlarının Pirallahı rayonu üzrə rayon birinciliyi keçirillib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin çağrışaqədərki hazırlıq rəhbərləri və məktəblilər iştirak etmişdir.

        Yarışda iştirak edən 186 nömrəli tam orta məktəbin məktəbliləri birinci yeri tutaraq Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının zona mərhələsinə vəsiqə qazanıblar. 243 və 168 nömrəli tam orta məktəbin məktəbliləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri qazanmışdır.Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla mükafatlandırılmış, xatirə şəkili çəkdirilmişdir.

       Hərbi rəhbər Oktay İsmayılovu və komandanın hər bir üzvünü təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi