Ana fəryadı abidəsinə, Şəhidlər Xiyabanına ziyarətlərimiz davam edir

Xocalı soyqırımının 25-ci ildönümünun qeyd edilməsi ilə əlaqədar olaraq məktəbin müəllim və şagird heyətinin "Ana fəryadı" abidəsinə, "Şəhidlər Xiyabanı" na "Unutmayaq, unutdurmayaq!" adlı ziyarətləri davam edir.Növbəti dəfə məktəbin bir qrup şagirdi Xocalı sakini, məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovanın rəhbərliyi ilə Xocalı şəhidlərinin əziz xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsini, "Şəhidlər Xiyabanını" ziyarət ediblər.Ziyarət zamanı Həcər Ramazanova Xocalı soyqırımı, 20 Yanvar faciəsi haqqında şagirdlərə ətraflı məlumat verib, "Şəhidlər Xiyabanını "nda 20 Yanvar şəhidləri ilə birgə uyuyan Xocalı soyqırımı zamanı ən müqəddəs zirvəyə , şəhidlik zirvəsinə ucalan Azərbaycan Respublikasının Milli Qəhrəmanları Əlif Hacıyevin , Aqil Quliyevin , Xocalı soyqırımını işıqlandıraraq bütün dünyaya çatdıran Milli Qəhrəman Çingiz Mustafayevin və şəxsən tanıdığı Qarabağ, Xocalı şəhidlərinin qəhrəmanlıqlarından danışıb.Şagirdlər şəhidlərimizin ruhu qarşısında baş əyiblər, onların əziz xatirələrini 1 dəqiqəlik sükutla yad ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi