РОДНОЙ ЯЗЫК

21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə növbəti tədbir rus bölməsinin ibtidai sinif şagirdlərinin iştirakı ilə olub.Həmişə olduğu kimi bu dəfəki tədbir də öz rəngarəngliyi ilə seçilib.Rus bölməsinin ibtidai sinif müəllimlərinin rəhbərliyi ilə həyata keçirilən tədbirdə şagirdlər bir-birindən maraqlı çıxışları ilə tədbir iştirakçılarında xoş təəssürat yaradıblar.Maraqlı faktlardan biri də odur ki, istər Azərbaycan bölməsində, istərsə də rus bölməsində həyata keçirilən sinifdənxaric, məktəbdənkənar tədbirlər və bilik yarışlarında müəllimlər İKT-nin imkanlarından geniş şəkildə istifadə edirlər və bu da çox tədqirəlayiqdir.Mən də məktəb kollektivi adından belə gözəl tədbirin hazırlanmasında zəhməti olan hər kəsə, məktəbin rus bölməsinin ibtidai sinif müəllimləri Esmira Məhərrəmovaya, Tamara Vəliyevaya, Radna Rəcəbovaya, Rumina Həbibullayevaya və valideyn icmasının üzvlərinə təşəkkürümüzü bildirirəm.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi