Ana dilimizi sevək və sevdirək!

Məktəbdə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin ibtidai sinif müəllimi Samirə Umudovanın təşkilatçılığı ilə “ Ana dilimizi sevək və sevdirək!” mövzusunda möhtəşəm tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.Tədbir zamanı şagirdlər ana dilimizə həsr edilmiş bir-birindən maraqlı şeirlər , aforizmlər, atalar sözləri , mahnılar söyləmiş, rəqslər və səhnəciklər nümayiş etdirmişlər.Bütün bunlarla yanaşı şagirdlər Azərbaycan ədəbi dilinin qrammatikasını özündə əks etdirən qrammatik tapşırıqlar da yerinə yetirmişlər.Tədbirdə şagirdlərin ifasında nümayiş etdirilən "Avtomobil təmiri sexi" ndə adlı səhnəcik, dilimizdə ümumişlək söz kimi istifadə etdiyimiz vorvarizmlərin Azərbaycan dilində söylənilməsi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Tədbirin sonunda çıxış edən məktəb rəhbərliyi, müəllimlər və valideynlər bugünkü tədbirdən həqiqi mənada zövq aldıqlarını bildirmiş, şagirdlərin doğma vətənimizə , doğma ana dilimizə olan sevgilərini öz çıxışlarında çox gözəl qeyd etdiklərini söyləmiş, tədbirdə zəhməti keçən hər kəsə , xüsusəndə şagirdlərə öz təşəkkürlərini bildirmiş , onlara dərslərində və sinifdənxaric tədbirlərdə həmişə belə fəal olmağı tövsiyə etmiş, uğurlar arzulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi