"Çərşənbə iməcilikləri" layihəsinin keçirilməsinə start verilib

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi adı altında həyata keçirir.Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də "Ekologiya və Sağlamlıq" dır.Ekoloji dünyagörüşə malik insanlar yetişdirmək üçün ekoloji bilik, ekoloji mədəniyyət və etikanın formalaşdırılması mütləqdir.Hal-hazırda Novruz bayramı və İlaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biri də "Çərşənbə iməcilikləri" dir.Fəaliyyətdən irəli gələrək Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə günləri münasibətilə bütün ümumtəhsil məktəblərində kütləvi olaraq müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulmuşdur.Elə bu məqsədlə, məktəbdə 21 fevral 2017-ci il tarixində iməcilik keçirilib.İməcilikdə iştirak edən şagirdlərə Novruz adətlərindən biri olan bayramqabağı təmizlik və abadlıq işlərinin aparılmasından, 4 ünsürü təbliğ edən ilaxır çərşənbələrinin milli dəyərlərimizin təbliğindəki mühüm rolundan danışılıb, məktəbin direktoru Arif Xankişiyev şagirdlərə torpaq belləmə, torpağa qulluq qaydalarını izah edib və əyani olaraq göstərib.İməcilik zamanı məktəbyanı sahənin bir hissəsi alaq otlarından, tullantılardan təmizlənib.İməciliklər digər həftələrdə də davam etdirililəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi