Su çərşənbəniz mübarək

  Bu gün Novruz bayramının çərşənbələrindən birincisi, Su çərşənbəsi qeyd olunur. İlk çərşənbə, həmçinin “yalançı çərşənbə”, “əzəl çərşənbə” də adlanır.

Bu çərşənbə suyun dirçəlməsini simvolizə edir və xalqın inanclarına görə, həmin gün su mənbələri təzələnir. Su təmizliyin, sağlamlığın və paklığın rəmzi hesab edilir.

Su çərşənbəsinin özünə aid adət-ənənələri var. Su çərşənbəsi ilə bağlı olan adətlərdən biri çərşənbə axşamı qızların saçlarından kəsib çaya atmaq ənənəsidir. Bu unudulan adətə görə, qızlar inanırdılar ki, onların arzuları çin olacaq. Bundan əlavə, həmin çərşənbə günü çaydan gətirilən suyu quyulara, ağacların dibinə, evlərə səpərlər ki, həmin il bərəkətli keçsin. Bu çərşənbədə subay qızlar gecə bir evə yığışırlar və “su falı”na baxırlar. Bu mərasimi icra etmək üçün axar sudan – bulaqdan və ya çaydan əvvəlcədən su gətirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi