Xocalı faciəsini unutmayaq, unutdurmayaq!

   Xocalı soyqırımının  otuz ikinci  ildönümünün qeyd olunması məqsədilə məktəbin Tədbirlər planına əsasən sinif təşkilatı saatları, xüsusi dərslər, "Dəyirmi masa" lar keçirilmiş, guşələr və videoçarxlar hazırlanmışdır.

 Keçirilən tədbirlərin yekunu olaraq 26 fevral 2024-cü il tarixində uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Həcər Ramazanova və ibtidai sinif müəllimi Təranə Cavanşirovanın birgə təşkilatçılığı, Azərbaycan və rus bölmələri üzrə I-X-cu sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş "Xocalı-qan yaddaşımız" adlı anım tədbiri keçirilmişdir

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurudu, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məzruz qalan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında aldı.

    Artıq biz əllərimizdə qırmızı qərənfillər Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsini, Şəhidlər xiyabanını, bölgələrimizdəki şəhid məzarlarını alnıaçıq, üzüağ, şəhidlərimizin qisasının yerdə qalmamasından duyduğumuz qürür hissi ilə ziyarət edirik. 

Ruhunuz şad olsun, uca şəhidlərimiz!

 

 

Bu gün vətənimin qürur günüdür! 

Daha göz yaşını sil, ay Xocalı!

Bu gün vətənimizin məğrur günüdür!

Qisasın alındı bil, ay Xocalı.

 

Mərd oğullarımız dastan yazdılar.

Düşmənin alnına damğa basdılar.

Üç rəhgli bayrağı artıq asdılar!

Sən artıq azadsan, gül,ay Xocalı!

 

.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi