Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə həssas əhali qruplarından olan uşaqların erkən aşkarlanması, onların ailələrilə sosial işin aparılması, çətin həyat şəraiti ilə qarşılaşmalarının qarşısının alınması məqsədi ilə maarifləndirici görüş keçirilib. Görüşdə Sosial Xidmətlər Agentliyinin əməkdaşları Aydın Məmmədov, Fariz Murtuzov, Dilbər Bəhmənli, məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elzamin Həsənov, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Həcər Ramazanova, məktəb psixoloqu Şəfa Bilandarlı iştirak ediblər.

Layihənin məqsədi şagirdlərin akademik və sosial uğurlarını dəstəkləməklə yanaşı, onların ailələrinə böyük dəstək olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi