Beynəlxalq Konfransın 1 - ci Modulu keçirilib

Azərbaycan Psixologiya və Psixoterapiya Assosasiyasının (APPA), Təhsil Psixologiyası Departamenti tərəfindən təşkil olunan, "Təhsilə Dəstək" layihəsi çərçivəsində, "Öyrən. Öyrət. Dəyiş." devizi altında təhsil işçilərinin peşəkar inkişafı üçün təşkil olunmuş 18- 19 fevral 2017-ci il tarixlərində, Azərbaycan Dillər Universitetinin akt zalında Beynəlxalq Konfrans 1 - ci Modul keçirilib.Konfransda Əfsanəvi Finlandiya Təhsil Sisteminin aparıcı mütəxəssislərindən olan, Helsinki Brief Terapiya İnstitutunun yaradıcısı, Beynəlxalq səviyyəli təlimçi, mütəxəssis, avtor - Ben Furman Kids' Skills - təhsil mühitində və ailədə uşaq və yeniyetmələrin rastlaşdığı problemlərin həlli üçün nəticəyə yönəlmiş effektiv metodikalardan danışıb. Konfransda məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, riyaziyyat müəllimi Bəsirə Babayeva, ibtidai sinif müəllimləri Həqiqət Nuriyaeva və Rumuna Həbubullayeva iştirak edib.Beynəlxalq Konfransın 1 - ci Modulunu uğurla bitirdiklərinə görə iştirakçı müəllimlərimiz Beynəlxalq Sertifikatla təltif ediliblər.Biz də məktəb kollektivi adından müəllimlərin hər birini ayrı-ayrılıqda təbrik edir, uğurlarının davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi