"Qan yaddaşımız" adlı sorğu keçirilib

Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi.Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın-1992-ci il 18 may , Kəlbəcər-1993-cü il 2 aprel , Ağdam-1993-cü 23 iyul , Cəbrayıl-1993-cü il 23 avqust , Füzuli-1993-cü il 23 avqust , Qubadlı-1993-cü il 31 avqust , Zəngilan-1993-cü il 29 oktyabr ) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən azərbaycanlılar öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır.20 fevral 2017-ci il tarixində işğal olunmuş torpaqlarımız haqqında şagirdlərin yaddaş səviyyələrini müəyyənləşdirmək məqsədilə "Qan yaddaşımız" adlı sorğu keçirilib.Sorğuda məktəbin Azərbaycan və rus bölmələri üzrə 5, 6 və 7- ci sinif şagirdləri iştirak ediblər.Sorğunun nəticələri məktəb rəhbərliyi tərəfindən yoxlanılıb, şagirdlərin cavabı qənaətbəxş hesab edilməyib və bu səbəbdən məktəbdə direktoryanı müşavirə çağırılıb, müəllimlərə bu sahədə lazımi tədbirləri həyata keçirtmələri tapşırılb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi