D.İ.Mendeleyev-190

    22 fevral 2024-cü il tarixində kitabxana müdiri Zəminə Quliyevanın və kimya müəllimi Tutu Əliyevanın birgə təşkilatçılığı, "Kiçik Akademiya" nın üzvlərinin iştirakı ilə görkəmli alim D.İ.Mendeleyevin 190 illik yubileyi münasibətilə "D.İ.Mendeleyevin kimyəvi elementlərin dövri sistemi" mövzusunda"Dəyirmi masa" keçirilib.

   Giriş sözü ilə çıxış edən məktəbin kitabxana müdiri Zəminə Quliyeva bildirmişdir ki, Dmitri Mendeleyevin kim olduğunu  izah etməyə ehtiyac yoxdur. Onun portretinə və tərtib etdiyi  kimyəvi  elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini  yuxuda görmüş və bunu öz dostuna danışmışdı: “Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm.  Yalnız bir yerdə  düzəliş etmək lazım gəldi”. 

     Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq  xassələrinin dəyişməsi  barədə qanunun Mendeleyev tərəfindən  kəşf edilməsi  kimya elmini xeyli zənginləşdirmişdir.  

      Kimya müəllimi Tutu Əliyeva qeyd etmişdir ki, uşaqlar, bunlar böyük kimyaçı alim haqqında demək istədiklərimizin heç də hamısı deyildir. Ən maraqlısı  budur ki,  onun yazdığı  500-dən çox elmi əsərin yalnız 9 faizi kimya elmindən bəhs edir! Ensiklopedik biliyə malik bu insanın elmi fəaliyyəti çoxşaxəli olmuşdur.  D.Mendeleyev  fizika, metrologiya, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, hətta xalq maarifi ilə  məşğul olur, neftin emalı  üsullarını  öyrənirdi.  Asudə vaxtında isə çamadan tikirdi! Alim yazırdı: “Özüm də təəccüblənirəm ki, elmi həyatımda nələr etmişəm”.

     Sonda şagirdlərlə qarşılıqlı diskusiya aparılmışdır.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi