Unutmayaq, unutdurmayaq!

Bakı şəhəri, 186 № - li tam orta məktəbdə XX əsrin ən dəhşətli, faciəvi hadisələrindən sayılan Xocalı soyqırımı haqqında gənc nəslin ətraflı məlumatlandırılması, onlarda düşmən qüvvələrə qarşı barışmazlıq hissinin, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi, həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması, milli - mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanması kimi nəcib və ülvi məqsədə xidmət etmək məqsədilə silsilə tədbirlər keçirilir.Məktəbin ibtidi sinif müəllimi Pərvanə Nağızadə həmişə təşkil etdiyi ekskursiyalarla, keçirdiyi açıq dərslər və sinifdənxaric tədbirlərlə şagirdlərdə vətənpərvərlik hissi aşılayır. Bu dəfə də Pərvanə Nağızadənin təşkilatçılığı ilə 2 b sinif şagirdləri Xocalı soyqırımı qurbanlarını, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi yad etmək məqsədilə "Şəhidlər Xiyabanı" nı, "Ana harayı" abidəsini ziyarət ediblər. Ziyarət zamanı Pərvanə Nağızadə Xocalı faciəsi haqqında uşaqlara ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi