" Ekoloji aylıqlar" layihəsi çərçivəsində ekskursiyaların təşkili davam edir

" Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı çərçivəsində məktəbdə ekskursiyaların təşkili davam edir.Növbəti ekskursiya məktəbin tarix müəllimi Anjelika Surxayevanın 18 fevral 2017-ci il tarixində təşkil etdiyi ekskursiya oldu. Məktəbin Tarix müəllimi Anjelika Surxayeva vaxtaşırı şagirdləri tarixi yerlərə ekskursiyaya aparır.Şagirdlər tarix dərsində tədris edilən mövzularda əks olunan tarixi abidələri canlı olaraq görür və mövzunu daha dərindən mənimsəyirlər.Tarix müəllimi onlara həmin tarixi yerlərə getməmiş araşdırmalar aparmağı, əlavə məlumatlar toplamağı tapşırır. Bu dəfəki ekskursiya "Qala Dövlət Tarix və Etnoqrafiya Qoruğu" , "Qız qalası" , "Şirvanşahlar sarayı" "İçərişəhər Dövlət Qoruğu" na və "Atəşgah" abidəsində idi. Müəllim şagirdlərə abidələrin bizə tarixi keçmişimizdən xəbər verdiyini izah edir.Tarixi abidələrə olan bütün ekskursiyalar onlarda yüksək təəssüratlar yaradır. Davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir.Ekskursiyalarda, həmçinin maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi