"Reproduktiv sağlamlıq" və "Təhlükəsiz informasiya "

"Ailəm və məktəbim" layihəsi davam etdirilir

9 fevral 2024-cü il tarixində məktəbin akt zalında "Reproduktiv sağlamlıq" və "Təhlükəsiz informasiya " mövzularinda 8-9-cu siniflər üzrə valideynlərlə görüş keçirilib.

Reproduktiv sağlamlıq nədir?

Reproduktiv sağlamlıq dedikdə, əsasən, nəsil artımı qabiliyyətinin olması və azad seçim nəzərdə tutulur. Başqa sözlə desək, reproduktiv sağlamlıq-reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

Məktəbdə mütəmadi olaraq şagirdlər arasında, xüsusilə də yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işləri aparılır, seminarlar təşkil olunur.

Tədbirdə  uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Həcər Ramazanova görüş iştirakçılarına yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı,reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu qeyd etdi, insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsi barədə söhbətlər apardı. O, bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub-saxlanmasını xüsusilə vurğulayarq valideynlərə öz övladları ilə dost, rəfiqə olmalarını tövsiyə etdi..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi