X-XI sinif şagirdlərinin iştirakı ilə "Bilik yarışı" keçirilib

İctimai şüurun formalarından biri olan elmin inkişafı idrakın uğur qazanmasında yaxından iştirak edir. Əslində müasir həyatı və insanın mədəniyyətini elmsiz təsəvvür etmək olmaz. Elm– biliyin ali forması olub, canlı və cansız təbiətin bütün hadisələrini, adamların maddi və mənəvi fəaliyyətini əhatə edir. Elmin köməyi ilə nəinki tarixin nəticələri qiymətləndirilir, cari hadisələr təhlil edilir və eyni zamanda gələcək proqnozlaşdırılır.Şagirdlərin gələcək həyatlarında elmli, bilikli olmaları üçün məktəblərdə keçirilən "Bilik yarış" ları xüsusi yer tutur.Bu baxımdan məktəbimizdə də tez-tez "Bilik yarış" ları keçirilir.Növbəti yarış " Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı çərçivəsində məktəbin 10-11 sinif şagirdlərinin iştirakı ilə keçirildi.Münsiflər heyətinin tərkibi məktəbin direktoru Arif Xankişiyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova və məktəbin Həmkarlar Təşkilatının sədri Bəsirə Babayevadan ibarət idi. Yarışda şagirdlər biliklərini 2 komandada - "Dalğa" və "Mayak" komandalarının tərkibində sınadılar.Yarışın təşkilatçısı, məktəbin tarix müəllimi Yaqub Hüseynov yarışın şərtləri ilə şagirdləri məlumatlandırdıqdan sonra yarışa start verildi.Ümumilikdə yarışda "Toy adətləri", "Bayram və mərasimlər", "Milli mətbəximiz", "Məişət", "Ümumi" mövzular olmaqla 65 sual səsləndirildi, həmin suallardan 37-si şagirdlər tərəfindən düzgün cavablandırıldı.Yarışmanın ümumi nəticəsinə görə "Dalğa" komandası 19 suala düzgün cavab verərək yarışın qalibi oldu.Yarışmanın sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev şagirdləri və yarışın keçirilməsində zəhməti olan hər kəsi təbrik edərək bildirdi ki, gələcəkdə hansı peşənin , sənətin sahibi olacağınızdan asılı olmayaraq, hər biriniz Azərbaycan tarixini, adət-ənənəsini öyrənməlisiniz və Siz xoşbəxtsiniz ki, müstəqil Azərbaycanın müstəqil vətəndaşlarısınız.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi