"Ekoloji aylıqlar" layihəsi çərçivəsində sərgi təşkil edilib

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi adı altında həyata keçirir. Bu məqsədlə yanvar ayından "Ekoloji aylıqlar" ın keçirilməsinə start verilib."Ekoloji aylıqlar" layihəsi çərçivəsində Bakı şəhəri ümumi təhsil məktəbləri üzrə fevral ayı " Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı elan edilib."Ekoloji aylıqlar" layihəsi çərçivəsində məktəbdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.Məktəbdə keçirilən tədbirlər, ekskursiyalarla yanaşı məktəbin dəhlizində Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə, təbiətinə həsr edilmiş rəsm və yaradıcı əl işlərindən, foto-stendlərdən ibarət sərgi təşkil edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi