"Vətənim Azərbaycandır!" mövzusunda tədbir keçirilib

" Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı çərçivəsində məktəbdə silsilə tədbirlərin keçirilməsi davam edir.16 fevral 2017-ci il tarixində məktəbin 2 b sinfinin sinif rəhbəri Pərvanə Nağızadənin təşkilatçılığı, 2 b sinif şagirdlərinin iştirakı ilə " Vətənim Azərbaycandır! " mövzusunda sinifdənxaric tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi, ibtidai sinif müəllimləri, 2 a və 2 c sinif şagirdləri, valideynlər iştirak edib.Tədbir zamanı şagirdlər Azərbaycana, Azərbaycanın gözəl təbiətinə , Azərbaycan əsgərinə, qədim adət və ənənələrə həsr edilmiş şeirlər , mahnılar söyləyiblər, kompazisiyalar nümayiş etdiriblər.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev Pərvanə Nağızadəyə şagirdlərdə kiçik yaşlarından vətənpərvərlik, hərbi vətənpərvərlik hissi aşıladığı üçün məktəb rəhbərliyi adından minnətdarlığını bildirib, şagirdlərə gözəl çıxışları üçün təşəkkür edib, dərslərində uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi