Şagirdin uğuru

05 fevral 2017-ci il tarixində Moderin İdman məktəbində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Cüdo güləşi üzrə Azərbaycanın azadlığı uğrunda ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Moderin İdman Məktəbinin açıq birinciliyi keçirilib.Yarışda məktəbin 3 b sinif şagirdi Nağızadə Cavid uğurlu nəticə göstərərək III yeri qazanıb.Biz də məktəb kollektivi adından Cavid balamızın valideynləri - 235 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi Yadulla Nağızadəni və məktəbimizin ibtidai sinif müəllimi Pərvanə Nağızadəni təbrik edir, Cavidə Azərbaycanın üçrəngli bayrağını dünya idman arenalarında qaldırmağı arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi