2 a sinfinin Qala Dövlət Tarix Etnoqrafiya Qoruğuna və Zirə Mədəniyyət Mərkəzi-Eko Parka ekskursiyaları

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi adı altında həyata keçirir. Bu məqsədlə yanvar ayından "Ekoloji aylıqlar" ın keçirilməsinə start verilib."Ekoloji aylıqlar" çərçivəsində Bakı şəhəri ümumtəhsil məktəbləri üzrə fevral ayı " Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı elan edilib.Məktəbimizdə də aylıq çərçivəsində müxtəlif tədbirlər və ekskursiyalar həyata keçirilir. Aylıq çərçivəsində 2 a sinif şagirdləri sinif müəllimləri Təranə Cavanşirovanın rəhbərliyi ilə Xəzər rayonu, Qala qəsəbəsindəki Qala Dövlət Tarix Etnoqrafiya Qoruğuna və Xəzər rayonu, Zirə qəsəbəsindəki Zirə Mədəniyyət Mərkəzi-Eko Parka ekskursiyaya gediblər.Ekskursiya zamanı şagirdlər Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu və Zirə Mədəniyyət Mərkəzi-Eko Park ilə yaxından tanış olublar.Ekskursiya və gəzintidən şagirdlər xoş təəssüratlarla qayıdıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi