Pirallahı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

13 fevral 2017-ci il tarixdə Pirallahı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin, N saylı hərbi hissənin və hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin müharibə veteranları, gənclər iştirak etdilər.Məktəbimiz üzrə tədbirdə məktəbin fiziki tərbiyə müəllimi Mübariz Xudaverdiyev və 10-11-siniflərindən 20 nəfər oğlan iştirak etdi. Tədbirdən əvvəl torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbirdə çıxış edən Pirallahı rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin kapitanı Anar Abışov ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən, bu sahədə əldə olunan uğurlardan danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi