Şuşasız 23 il

300 kvadrat kilometr ərazisi , 24.900 əhalisi , tarixi abidələri , tarixi şəxsiyyətləri, Azərbaycanın musiqi beşiyi Şuşa şəhəri 08 may 1992-ci ildə ermənilər tərəfindən işğal edildi.Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponat ıolan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqisənəti muzeyi, Qarabağ dövlə ttarix muzeyi, həmçinin Laçın rayonundak ıAğoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyə tocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.Bu siyahıya Xanmağarası, Qaxalmağarası, Şuşaqalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhvedilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.08 may 2015-ci il tarixdə Bakı şəhəri , 186 №-li tam orta məktəbdə Azərbaycanın dilbər guşəsi , musiqi beşiyi , tarixi şəxsiyyətlər , incəsənət , mədəniyyət , ədəbiyyat nümayəndələrini yetişdirən qədim Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 23 – cü ildönümü ilə bağlı “Şuşasız 23 il “ mövzusunda tədbir keçildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova uşaqlarla Şuşanın tarixi , tarixi şəxsiyyətləri , məşhur incəsənət , mədəniyyət və ədəbiyyat nümayəndələri ilə bağlı sual-cavab apardı .Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Yaqub Hüseynov çıxışında Şuşanın işğaldan əvvarəlki tarixini və işğal zamanı Şuşaya , Şuşa mədəniyyətinə , incəsənətinə və bütövlükdə Azərbaycana vuralan ağır zərbədən danışaraq , bir daha şagirdləri məlumatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi