Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirilib

10 fevral 2017-ci il tarixində 186 №-li tam orta məktəbin akt zalında Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirilib.Görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları Hikmət Şikarov, Rauf Əliyev, "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin nümayəndəsi Mübariz Xudaverdiyev, Qarabağ müharibəsi əlilləri Araz Vəliyev, Mərdan Vəliyev, Ramiz Mustafayev, Xocalı faciəsnin canlı şahidi, şəhid David Haqverdiyevin qızı Solmaz Haqverdiyeva, məktəbin direktoru Arif Xankişiyev, müəllimlər və 7-8-ci sinif şagirdləri iştirak ediblər.Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib. Aprel şəhidlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Görüşdə çıxış edən "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin nümayəndəsi Mübariz Xudaverdiyev son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Bildirib ki, bu istiqamətdə görülmüş tədbirlər çərçivəsində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, müharibə əlilləri və veteranları, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Xocalı faciəsnin canlı şahidi, şəhid David Haqverdiyevin qızı Solmaz Haqverdiyeva çıxışı zamanı o qanlı gecədən, Xocalı faciəsindən danışaraq öz acı xatirələrini görüş iştirakçılarının diqqətinə çatdırıb.Görüşdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Rauf Əliyev, Qarabağ müharibəsi əlilləri Qarabağ hadisələrindən, Xocalı faciəsindən, Aprel döyüşlərindən danışıblar, şagirdlərə Azərbaycana, Vətənə layiqli övlad olmaları üçün yaxşı oxumağı , əsl vətəndaş olmağı tövsiyə edbilər.7 b sinif şagirdi Selcan Abbasovanın ağlayaraq ifa etdiyi “Sağalan dağ deyil, Xocalı dağı” şeiri bir daha sübut etdi ki, Xocalı faciəsi, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən, ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan oğul və qızlarımız heç vaxt unudulmayıb və unudulmayacaq! Görüşün sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev dəvətlərini qəbul edib gəldikləri üçün görüş iştirakçılarına, təhsilə, təhsil işçilərinə, müharibə əlilləri və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırıb
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi