"Xocalıların kədəri və ümidi " mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.Xocalı faciəsi bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır.Xocalıların dərdi təkcə xocalıların yox, bütün Azərbaycanın dərdidir və biz hər birimiz xocalıların dərdinə şərik olmalıyıq.Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq 09 fevral 2017-ci il tarixində "Xocalıların kədəri və ümidi " mövzusunda inşa yazı müsabiqəsi keçirilib.Müsabiqədə 6-7-ci sinif şagirdləri olmaqla, 25 şagird iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi