XI sinif şagirdləri və onların valideynləri ilə görüş keçirilib

08 fevral 2017-ci il tarixində məktəbin akt zalında XI sinif şagirdləri və onların valideynləri ilə görüş keçirilib.Görüşün keçirilməsində məqsəd şagirdləri və onların valideynlərini məktəbin illik Fəaliyyət Planına əsasən 26 yanvar 2017-ci il tarixində XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq vəziyyətini öyrənmək məqsədilə keçirilən məktəbdaxili sınaq qiymətləndirmə ilə tanış etmək və müzakirə aparmaq idi.Görüş zamanı şagirdlər və valideynlər məktəbin II yarımili üçün təsdiq edilmiş Fəaliyyət Planı ilə də tanış edilib, qarşıda duran vəzifələr müzakirə edilib, rəy və təkliflər dinlənilib.Bu gün həm də məktəbin direktoru Arif Xankişiyev və tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovanın, sinif rəhbərlərinin iştirakı ilə " I yarımilin yekunu və II yarımildə qarşıda duran vəzifələr" mövzusunda da iclas keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi