7 b sinif şagirdlərinin təqdimatında Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" əsərinin nümayişi

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi adı altında həyata keçirir. Bu məqsədilə yanvar ayından "Ekoloji aylıqlar" ın keçirilməsinə start verilib."Ekoloji aylıqlar" çərçivəsində Bakı şəhəri ümumtəhsil məktəbləri üzrə fevral ayı " Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı elan edilib.Məktəbimizdə də aylıq çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. 07 fevral 2017-ci il tarixində məktəbdənkənar və sinifdənxaric tədbirlərdə həmişə fəal iştirak edən 7 b sinif şagirdlərinin təqdimatında Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" əsəri nümayiş etdirilib. Tədbirdə məktəb rəhbərliyi, ədəbiyyat müəllimləri, Məktəb İcması sədrinin müavini Təranə Həsənova, 7 a və 7 b sinif şagirdləri iştirak edib.Şagirdlərin təqdimatında Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" əsərinin nümayişi və 7 b sinif şagirdi Nuranə Rzayevanın ifasında "Uzundərə" rəqsi tədbir iştirakçılarında xoş təəssürat yaradıb.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev 7 b sinfinin sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Dünyamalıyevaya, 7 b sinif şagirdlərinə məktəb rəhbərliyi adından minnətdarlığını bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi